adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Iyun 2015 16:36
68481
RUBRİKA

“Rayon rəhbərliyi ilə birlikdə bir çox işlər görmüşük”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən,xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə beləsəadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisənövbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlərolacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə"deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını,hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləribilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq vəmütləq özün biləsən.

Beləliklə bugünkü qonağımız 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyevdir.

-Rüfət müəllim, 5 illik MilliMəclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Milli Məclisdə 5 illikfəaliyyətimə ən obyektiv qiyməti seçicilərim verə bilərlər. Özüm isəümumiyyətlə fəaliyyətimi qənaətbəxş hesab edirəm. Bu müddət ərzində çalışmışamki, öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirib seçicilərimin meydanaçıxan problem məsələlərini həll edim.

-Bumüddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Məni ən çox qane edən odurki, son illərdə Milli Məclis sahibkarlığın inkişafı ilə bağlı bir sıra vacibsənədlər qəbul etmişdir ki, bu da regionların sosial-iqtisadi inkişafına güclütəkan vermiş, yeni istehsal güclərinin, iş yerlərinin açılmasına səbəbolmuşdur. Bir deputat kimi fəaliyyətimdə məni ən çox sevindirən hal odur ki,mənim müraciətlərimdən sonra Səhiyyə naziri cənab Oqtay Şirəliyevin yaxındanköməkliyi sayəsində Göyşaban kəndində Verdiyevlər ailəsində anadangəlmə görməqabiliyyəti olmayan 2 oğlan uşağının gözləri açılmış, digər kəndlərdən 3 nəfərağır xəstə həyata qaytarılmışdır. Buna görə də cənab nazir Oqtay Şirəliyevə özminnətdarlığımı bildirirəm.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamışproblemi kimi nələri sadala bilərsiniz?

-Mövcud problemlərin həlliüçün rayon rəhbərliyi ilə birlikdə bir çox işlər görmüşük. Ancaq ona nail olabilməmişəm ki, bütün sahibkarlar var gücü ilə işləyib, torpağa üz tutsunlar, özmaddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar, yeni iş yerləri açsınlar.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etməkniyyətiniz varmı?

-Bu barədə düşünmək hələtezdir. Əgər seçicilərim etimad göstərib namizədliyimi irəli sürsələr, onlarınrəyilə hesablaşacağam.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləriazlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə iləəlaqədardır?

-Milli Məclisdə təmsilolunan deputatlar hamısı fəaldır. Baxır ki, bu məsələyə hansı rakursdanyanaşırlar. Yalnız plenar iclaslarda tez-tez çıxış etməklə deputatınfəaliyyətinə qiymət verməyi düzgün hesab etmirəm. Deputatların fəaliyyətiçoxşaxəlidir.

-AzərbaycanMilli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Son 10 ildə Milli Məclisinregionlarda fəaliyyəti çox təqdirəlayiqdir. Buna deputatların fəaliyyəti əyanisübutdur. Milli Məclisin qəbul etdiyi taleyüklü məsələlər xalqın rifahınınyüksəlməsi, işgüzarlığının artması üçün əhəmiyyətli stimuldur.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri vəya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimiproblemlər var?

-Mən 73 saylı Lənkəranşəhər seçki dairəsindən ikinci dəfədir ki, deputat seçilmişəm. Bu dövr ərzindəyerli İcra Hakimiyyətilə həmişə sıx əlaqə şəraitində işləmiş, mövcudproblemlərin həllinə birgə çalışmışıq. Həmişə qarşılıqlı hörmət, səmimi vəişgüzarlıq fəaliyyətimizin əsas prioritet istiqaməti olub.

Ədil Ədilzadə