28 Oktyabr 2024 15:44
72
İDMAN

"Real" Kurtuaya əvəzedici axtarır

İspaniya “Real Madrid”i heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı “kral klubu”nun prezidenti Florentino Perez verib. O, “Barselona” ilə son “El-Klasiko” matçında (0:4) forma geyinən Andrey Luninin çıxışından razı qalmayıb.

Komandanın əsas qapıçısı Tibo Kurtuanın zədəli olması Madrid təmsilçisini qapı mövqeyi üçün hərəkətə keçirib. Namizədlər arasında Fransanın “Lill” komandasının üzvü Luka Şevalye var.