"Real"dan daha bir transfer
"Real" heyətinə yeni oyunçu cəlb edib.
Adalet.az "Marca"ya istinadən xəbər verir ki, Franko Mastantuono Madrid klubu ilə müqavilə imzalayıb.
"River Pleyt"in argentinalı futbolçusu ilə sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Franko klublararası dünya çempionatına "River Pleyt"in heyətində yollanacaq. Mastantuono Madrid klubuna 18 yaşını tamamladıqdan sonra - avqustun 15-də yollanacaq. Bu transfer üçün "Real"ın 45 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Franko Mastantuono bu mövsüm "River Pleyt"də 19 oyuna 7 qol vurub, 4 qol ötürməsi edib.
Digər Xəbərlər
27 Iyun 2026 18:30
“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı
27 Iyun 2026 18:23
Tahir Abdullayev: "Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur"
27 Iyun 2026 18:03
Tahir Abdullayev braziliyalı rəqibini məğlub edib
27 Iyun 2026 13:43


Bakı -°C

