adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2015 14:35
87737
RUBRİKA

“Regionlarda Deputatın imkan və səlahiyyətləri haqqında yanlış fikir formalaşıb”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən,xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə beləsəadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisənövbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlərolacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə"deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını,hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləribilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq vəmütləq özün biləsən.

Bugünküqonağımız 78 saylı Lerik seçki dairəsinindeputatı İqbal Məmmədovdur.

-İqbal müəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Bunu gərək ən azındanseçicilərimdən soruşasınız. Çünki, bizə bu mandatı qazandıran seçicilərimizolub, biz də işimizi bilavasitə onların qayğı və problemləri üzərində qurmuşuq.Yox əgər sırf Milli Məclisdəki fəaliyyətimlə maraqlanırsınızsa şəxsi qənaətimcəkifayət qədər məhsuldar olub. İstər qanunların müzakirəsi, istər təmsil etdiyimregion başda olmaqla ölkəmizdə müəyyən vaxtlarda mövcud olmuş problemlərinmüzakirəyə çıxarılması, istərsə də yerli və beynəlxalq tədbirlərdə iştirakbaxımından rahatlıqla bunu deyə bilərəm.

-Bu müddət ərzində hansı problemin həlli sizi dahaçox sevindirib?

-Ümumiyyətlə vətəndaşlarımızaaid hər hansı, ən kiçik olsa belə problemin həlli məni olduqca sevindirir. Ammatəbii ki, bunların içində bəziləri mənə xüsusi ilə təsir edir. Mənim üçün ənvacib məsələ təhsilə göstərilən diqqət və qayğıdır. Möhtərəm Prezidentimizin buyolda gördüyü işlər danılmazdır. Demək olar ki, hər təhsil ilinin başlanğıcındamən təmsil etdiyim Lerik rayonunda bir neçə yeni tikilmiş və ya təmir olunmuş məktəbinaçılışında iştirak edirəm. Bununla yanaşı hər il onlarla tələbə təhsil haqqınınödənilməsinə köməklik göstərilməsi ilə bağlı mənə müraciət edir. Şəxsi imkanımhesabına onların hər hansı birinə az da olsa göstərdiyim yardım məni sonsuz dərəcəxoşbəxt edir.

-Mandat-ını qazandığınız seçicilərin həll olunmamışproblemi kimi nələri sadalaya bilərsiniz?

-Xüsusi ilə regionlarda Deputatın imkan və səlahiyyətlərihaqqında yanlış fikir formalaşıb. Sən Deputatsansa hər şeyə qadirsən. Buna görədə təbii ki, zaman-zaman həllinin imkanımız xaricində olduğu müraciətlər dəünvanlanır. Bunlardan mənzil problemi, işlə təmin olunma, maddi yardım göstərilməsivə s. saymaq olar.

-Qarşıdan gələn Parlament seçkilərində iştirak etməkniyyətiniz varmı?

-Bildiyiniz kimi 2010-cu ildə IV Çağırış AzərbaycanRespublikası Milli Məclisinə seçkilərdə mənim namizədliyim mənsub olduğum YeniAzərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Yenə əgər partiyamız uyğungörərsə niyə də olmasın?

-İqbal müəllim, Azərbaycan Milli Məclisində aktivolan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir.Bunun səbəbi nə ilə əlaqədardır?

-Bu ümumiyyətlə düzgün yanaşma deyil. Bəzənkiminsə 1-2 media nümayəndəsi ilə görüşünü götürüb ona aktiv, digərlərinəpassiv demək düzgün deyil. Elə Millət vəkilləri var beynəlxalq tədbirlərdə dahaçox iştirak edirlər, bəziləri komitə iclaslarında, bəziləri plenar iclaslarda,bəziləri yerli tədbirlərdə. Milli Məclisdə bütün Millət vəkilləri özfunksiyasını layiqincə yerinə yetirir və kifayət qədər fəaldır.

-Azərbaycan Milli Məclisinin regionda yeri və rolubarəsində nə deyə bilərsiniz?

-Azərbaycan Respublikasının Milli Məclisi nəinkiregionda, bütün dünya miqyasında kifayət qədər nüfuza malikdir. Bu gün dünyanın80-dən artıq ölkəsi ilə Parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.Sadəcə şəxsən üzvü olduqlarımdan onu qeyd edə bilərəm ki, 15 gün əvvəl MDBParlamentlərarası Assambleya tərəfindən xüsusi medalla təltif olunduq. Beynəlxalqtədbirlərə edilən dəvətlər, region olaraq Parlamentlərarası əməkdaşlıqlar,Qanunvericiliklərin təkmilləşdirilməsi adına bizim verdiyimiz təkliflərəmünasibət və s. misallar göstərə bilərəm.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri vəya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sıradan nə kimiproblemlər var?

-Bu misalı hardan götürdüyünüzü və nəyə əsasənadət adlandırdığınızı mən bilmirəm, amma, mənim praktikamda belə problem mövcuddeyil. Təmsil etdiyim Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən müəllimləçox isti münasibətlərim var və yaxın dostuq. Ümumiyyətlə biz hamımız bu xalqınxidmətçiləriyik. Şəxsi maraq məsələsi bizim ədəbiyyatımıza yaddır. Buna görə dənə icra başçısı nə də digər məmurlarla aramızda problemdən söz gedə bilməz.

Ədil Ədilzadə