Rəşad Nəbiyev bu tarixdə Şabranda vətəndaşları qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 9 yanvar 2026-cı il tarixində saat 09:00-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Adalet.az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 8 yanvar 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Digər Xəbərlər
06 Yanvar 2026 20:20
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər YAYILDI - FOTOLAR
06 Yanvar 2026 17:53
Metronun bu stansiyasının 4-cü çıxışı bağlanacaq
06 Yanvar 2026 17:44
Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub
06 Yanvar 2026 17:33


Bakı -°C

