Rəsmi Bakıdan İrəvana çağırış
Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.
“Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir”, - o vurğulayıb.
Digər Xəbərlər
19 Aprel 2026 00:00
Meloni Azərbaycana gələcək
18 Aprel 2026 22:00
Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
18 Aprel 2026 21:00
Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə etdilər - FOTO
18 Aprel 2026 17:54
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO
18 Aprel 2026 12:52
İlham Əliyev- Rusiyaya üzr istədən yeganə adamdır – Politoloq
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37
"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
18 Aprel 2026 12:25


Bakı -°C

