Rusiyanın təbliğat maşını yenə iş başında -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
124 | 2025-09-09 11:57

Rusiya KİV-ləri növbət uydurma- yalan məlumat tirajlayır. Vesti. ru saytı yazır ki, guya Ukrayna silahlı qüvvələri tərkibində yaponiyalı muzdlular döyüşür. Gülməlisi odur ki, bu "mühüm" məlumatı çox "etibarlı mənbə"- əsir düşmüş bir ukraynalı əsgər deyib. 

 Kremlin ruporları daha sonra yazırlar ki, həmin əsir düşmüş əsgər əlavə edib ki, hərbi təlimlər zamanı çoxsaylı xarici muzdlu əsgərlə rastlaşıb. Guya, onların arasında muzdlu yaponlardan başqa, polyak, kolumbiyalı, alman, irland, amerikalı və demək olar ki, bütün dünyanın muzdlu əsgərləri var imiş.

 Hansısa uydurulmuş əsirin sözlərini tirajlayan Rusiyalı "təbliğatçılar", yadlarından çıxarırlar ki, onların prezidenti Vladimir Putin, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı açıq bə rəsmi şəkildə bəyan etdi ki, Ukrayna müharibəsində Şimali Koreya əsgərləri də Rusiyaya kömək edirlər və buna görə, şəxsən KXDR-nın diktatoru Kim Çen I-ya təşəkkür etməyi də unutmadı. 

  Ümumiyyətlə Kremlin  "təbliğat maşınını " idarə edənlər, nədənsə öz gözlətində tiri görmürəzlikdən gəlirlər, başqalarlnın gözündə tük axtarırlar...

 

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV