Ronaldo qol vurdu, komandası qalib gəldi
Kriştiano Ronaldo 3 oyunluq boykotdan sonra "Əl-Nəsr"in heyətində meydana çıxıb.
Adalet.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turu çərçivəsində "Əl-Fateh"lə matçın start heyətinə yer alıb.
Ronaldo qayıdışını qolla qeyd edib. O, 18-ci dəqiqədə vurduğu qol ilə matçda hesabı açıb. Qalan dəqiqələrdə daha bir qol vuran “Əl-Nəsr” 2:0 hesablı qələbə qazanıb.
Bununla da komanda xallarının sayını 52-ə çatdırmaqla turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Əl-Nəsr” lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır.
Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb və oyunları boykot edib.
Digər Xəbərlər
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

