Rövşən Rzayev müharibə veteranları ilə görüşdü - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup məcburi köçkün müharibə veteranı ilə görüşüb.
Adalet.az xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına hər zaman qayğı göstərdiyi qeyd olunub. Dövlətimizin sosial siyasətində bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinin prioritet təşkil etdiyi diqqətə çatdırılıb.
Komitə sədri görüş iştirakçılarının hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu bildirib, vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onlara təşəkkür edib.
Səmimi söhbət şəraitində keçən görüşdə məcburi köçkün müharibə veteranları öz fikir və mülahizələrini bildirib, postmüharibə dövrünün xüsusiyyətlərindən, öz arzu və istəklərindən danışıblar. Onlara bildirilib ki, görüşdə qaldırılan bütün məsələlər hərtərəfli araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həlli təmin ediləcəkdir.
Digər Xəbərlər
03 Oktyabr 2026 20:25
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
03 Oktyabr 2026 11:31
Bu ərazimizə qar yağdı: 10 santimetr
02 Oktyabr 2026 17:47
Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb
02 Oktyabr 2026 16:41
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026 13:54
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
02 Oktyabr 2026 13:21
“Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq
02 Oktyabr 2026 12:22
"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
02 Oktyabr 2026 11:52


Bakı -°C

