adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 12:45
46
ŞOU-BİZNES
A- A+

Ruhəngiz Musəvi:“İkinci dəfə ailə quranda keçmiş qaynanam bizə gəlib-gedirdi”

Əməkdar artist Ruhəngiz Musəvi ilk dəfə uğursuz evliliyindən danışıb.

Adalet.az bildirir ki, o, ilk evliliyinin xəyaətə görə dağıldığını etiraf edib:

“Mən ailə quranda qaynatamla yaşayırdıq. Çünki onlar bizdən çox illər əvvəl ayrılmışdılar. Sevib ailə qurmuşduq. Mən ora gəlin köçən kimi bütün qohumlar onlarla get- gəl eləməyə başladılar. Qaynanam məni çox istəyirdi. Hətta mən ikinci dəfə ailə quranda da qaynanam bizə gəlib gedirdi. Təkcə qaynanam yox, baldızlarım da gəlib – gedirdi. Demək ki, mən pis adam olmamışam.Mən yoldaşımdan ayrıldım. O da getdi ki, Sevda Əliqızı ilə evləndi. Biz xəyanət üstündə ayrıldıq. Onu 3 dəfə bağışladım. Çox getdi- gəldi. Artıq gördüm ki, belə davam etmək olmur. Getmək istəyəni saxlamazlar. 
Həyatdır, hər şey baş verə bilir. Hamı bilir ki, ilk həyat yoldaşımdan özüm ayrılmışam. Ondan bir övladım da var. Qaynanam biz ayrılıq məsələmizə qarımadı. Dedi ki, oğlumla aranızda nə baş veribsə, özünüz bilərsiniz. Toylara gedəndə oğlumu özümlə aparırdım.O, həmişə mənə dayaq olub. Daha doğrusu bir həmdəm, bir dost olub.”

Əntiqə