Ruhi Əliyeva: “Azərbaycan qadını narkotikdən istifadə edir”
Cəmiyyətdə pis vərdişləri olan qadınların taleyi iş xanımı Ruhi Əliyevanın diqqətindən kənarda qalmayıb.
Adalet.az xəbər verir ki, bu sözləri “Xəbər ertəsi” verilişində “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva deyib.
Narkotik aludəçisi olan qadınlardan danışan iş xanımı fikirlərinə bu cür davam edib: “Narkotik deyəndə düşünürük ki, kefindən gedib bu işə düçar oldu. Əslində belə olanlar da var. Qadınlarla bağlı bu yaxınlarda psixoloji mərkəzlərdə olduq, çəkilişlər etdik.
Bir qız çox ürəkağırdan hekayə danışdı. Dedi ki, atası tərəfindən təcavüzə məruz qalıb, sonra alkoqol və narkotik aludəçisi olub. Qadınların çoxunun psixoloji travmaları var, hər xanım güclü ola bilmir.
Qadın o qədər zərifdir ki... Bir əxlaq düsturu var, deyir, əlinə, dilinə, nəfsinə hakim ol. Elə insanlar var ki, nəfsinə hakim ola bilmir, eləsi də var, zəifdir. İndiki dövrdə çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını narkotikdən istifadə edir”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
02 Yanvar 2026 23:16
"Autonova" şirkəti vətəndaşı aldadıb? - 30 min verib... - VİDEO
02 Yanvar 2026 17:00
Kiberdələduzluq hallarının artması müşahidə olunur - DİN
02 Yanvar 2026 11:52
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 Yanvar 2026 10:07
Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO
02 Yanvar 2026 08:40
Polad Həşimovun doğum günüdür
01 Yanvar 2026 18:15
Leyla və Arzu Əliyevalar ahıl şəxslərlə Yeni il süfrəsində - FOTOLAR
01 Yanvar 2026 18:03
Azərbaycanın Ermənistanın hava məkanından istifadəyə görə ödədiyi məbləğ açıqlandı
01 Yanvar 2026 10:00


Bakı -°C

