Rus həkim İbn Sinanın 1000 illik məsləhətini rədd edir: Toyuq şorbası...
Rusiyalı məşhur həkim-kardioloq və teleaparıcı Aleksandr Myasnikov yeni icadı ilə hər kəsi mat qoyub.
Adalet.az xəbər verir ki, o iddia edib ki, soyuqdəymə zamanı pəhrizdə toyuq şorbasının istifadəsinin heç bir şəkildə sağalma prosesinə kömək etmir:” Toyuq şorbasının soyuqdəymələrin müalicəsində kömək etməsi fikri xalq arasında geniş yayılmış başqa bir mifdir. Bu mif 1970-ci illərdə formalaşıb. O vaxtlar hətta toyuq şorbasının soyuqdəyməyə necə kömək etdiyi və antiviral dərmanlarla eyni effektivliyə malik olduğu haqqında elmi məqalələr də yazmışdılar”.
Myasnikov reallıqda belə bir şeyin olmadığını qeyd edib və 70-ci illərin virus əleyhinə dərmanlarının son dərəcə zəif və təsirsiz olduğunu vurğulayıb. Eyni zamanda Myasnikov qeyd edib ki, soyuqdəymə zamanı toyuq şorbası sadəcə olaraq insana həmin vaxt yaşadığı fiziki zəifliyi daha asan aradan qaldırmağa kömək edə bilər.
Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən, dünya tibbinin parlaq və sönməz ulduzu olan İbn Sina düz min il əvvəl yazdığı "El-Kaun Fi't Tıbb" kitabında izah edib ki, gənc qalmaq üçün gündə bir dəfə toyuq şorbası (bulyon) içmək məsləhətdir.
İbn Sina toyuq ətinin şorbasını gənc qalmağın iksiri kimi qeyd edibsə, deməli, toyuq ətinin bilmədiyimiz möcüzələri ona hələ 1000 il əvvəl ağah olub.
Sonralar mütəxəssislər də, toyuq şorbasının insan bədənindəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri amin turşularının çox zəngin bir qaynaq olduğunu təsdiqləyib. Həmçinin bu qida bədəni xəstəliklərdən qoruyur.
Məsələn, Dayton Universitetinin (ABŞ) qidalanma üzrə professoru Kolbi Zeman toyuq şorbası soyuqdəymə zamanı burun tıxanıxlığını aradan qaldıra biləcəyin bildirib.
Bundan əlavə, bu yemək həzmi yaxşılaşdırır. ABŞ, Kanada və İngiltərə kimi bir çox ölkədə toyuq şorbası soyuqdəymə əlamətlərini yüngülləşdirə bilən xalq müalicəsi hesab olunur. Dietoloq izah edib ki, belə bir yemək əslində burun tıxanıxlığını qismən aradan qaldıra bilər. Şorba burun sinuslarının iltihablı toxumalarına hərəkət edən ağ qan hüceyrələrinin sayını azaldır.
Bəzən kəskin soyuqdəymələr insanın iştahını azaldır - buna görə bədən özünü bərpa etmək üçün kifayət qədər enerji almır. Həkim bildirib ki, toyuq şorbası dadına görə iştahın bərpasına kömək edə bilər. Bu, əti xatırladan xüsusi daddır. Bir çox qidada, xüsusilə toyuq kimi protein qidalarında olur.
Toyuq şorbası qida maddələrinin udulmasını stimullaşdıra və həzm problemlərini də aradan qaldıra bilər.
Toyuq şorbası daha nəyə xeyirlidir?
Oynaq ağrıları
Qış aylarında oynaq xəstəliyinin qarşısını almaq üçün sağlam və güclü bəslənmənin əhəmiyyətini vurğulayan mütəxəssislər, toyuq bulyonu şorbasında çox zəngin olan mineralların, oynaq ağrıların qarşısını aldığını bildirib.
Ağ qan hüceyrələrini qidalandırmaq
Toyuq bulyonundakı maddələrin xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin istehsalına töhfə verdiyini deyən mütəxəssislər, onun bədəni soyuqdəymədən və digər xəstəliklərdən də qoruduğunu söyləyirlər.
Amin turşusu mənbəyidir
Əsrlər boyu şəfa mənbəyi kimi tanınan toyuq bulyonu, bədəndəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri olan amin turşuları ilə çox zəngin bir qidadır.
Sinusitləri təmizləyir
Qış aylarında həm içimizi isidən, həm də minerallarla zəngin toyuq bulyonu tənəffüs yollarımızın açılmasına güclü təsir edir. Həmçinin sinusiti açaraq ağrılardan azad olmamıza kömək edir.
P.S. Yəqin ki, tanınmış rus həkimi Aleksandr Myasnikov təcrübə zamanı broyler toyuqlarından istifadə edib, deyə bu qərara gəlib.Həkim yəqin ki, kənd yerlərində təmiz yaşıl çəmənlərdən otla, tarladan yığılmış buğda ilə, kəhrizdən gələn təmiz su ilə qidalanmış kənd çolpaları haqqında məlumata malik deyil.
Əntiqə Rəşid