"Rusiya 2016-cı ildə etdiyi səhvi təkrarlamadı" - Hakan Fidan

Rusiya Əsədin devrilməsi prosesində rasional hərəkət etdi.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və xarici jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, Rusiya 2016-cı ildə etdiyi səhvi təkrarlamayıb: "Onlar müdaxilə edə bilərdilər, buna görə də hərbi gücləri var idi, amma bunu etmədilər. Onlar belə qənaətə gəliblər ki, Bəşər Əsədin dəstəyi nə Rusiyaya, nə də regiona sərf edir. Rusiya həmin proseslərdə rasional subyekt kimi çıxış etdi. Rusiya ordusunun Suriyadakı gələcəyi ilə bağlı sual açıq qalır. Sonrakı tənzimləmənin necə olacağını görəcəyik".
Nazir onu da qeyd edib ki, Trampın gəlişi ilə Amerikanın xarici siyasətində köklü dəyişikliklər baş verəcək: "Biz Donald Trampın Qəzzada atəşkəs yaratmaq səylərini dəstəkləyirik. Onun təhdid xarakterli bəyanatlarının məqsədinin atəşkəs prosesini sürətləndirmək olduğunu görürük".
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
