Rusiya Təhlekəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Telegram kanalında bəyan edib ki, Rusiya Abtopa İttifaqı ilə diplomatik əlaqələri dayandırmalıdır.
Avropa İttifaqı rusiyalıların şəxsi smartfonları və avtomobilləri ilə Avropaya girişinə qadağa qoyub. Avtomobili bilmirəm, amma məlum olduğu kimi smartfon və planşet Dimitri Medvedevin yaralı yeridir. Adam onlarsız bir addım da atmaz.
Medvedevin sözlətinə görə, avropalılara qarşı simmetrik tədbirlər görmək lazım deyil. "Biz bir çox ölkə rəhbərləri kimi rasist deyilik"- deyə o, bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, "səfirliyin bu yanaşma ilə bağlı təxliyyə olunması, Avropada təlaş yarada bilər".
Medvedev elə düşünür ki, Avropa Rusiyanı itirməklə, çox şeylərdən məhrum ola bilər. Bu arada Putinin yaxın silahdaşı öz ampulasında ABŞ və Qərbi təhdid etmək ritorikasını bir daha nümayiş etdirib. Medvedev, 11 sentyabr terror aktının təkrarlana biləcəyini, Vaşinqtonun apardığı siyasətin nəticəsində bu riskin artdığını və özü də yeni terror aktlarının, nüvə və yaxud baktreoloji vasitələrlə həyata krçirilə biləcəyini istisna etmədiyini bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bir növ özü də bilmədən və ya bilərəkdən dolayısı ilə, 11 sentyabr terror aktında Rusiyanın iştirak etdiyini etiraf etmiş kimi görünür.
Əslində dünyda terror təşkilatlarının ABŞ və Rusiyanın "xeyir-duası" ilə yaradıldığı sirr deyil. Hətta artıq bunu açıq şəkildə, qeyri-rəsmi silahlı qruplaşmalar yaratmaqla da davam etdirirlər. On minlərlə peşəkar hərbiçilərdən və zeklərdən təşkil olunmuş "Vaqner" kimi silahlı qruplaşmalar bina misal ola bilər.
Yəni Rusiya kimi bir dövlətin prezidenti, Baş naziri olmuş, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsində işləyən bir adamın təhdidləri əsaszız sayıla bilməz.
Faktiki olaraq bütün dünyanın hər tərəfdən sıxışdırmağa çalışdığı Rusiyadan hər zaman təhlükə gözləmək üçün ciddi əsaslar var...