19 May 2025 10:23
109
DÜNYA

Rusiya Rumıniyada seçkilərə müdaxilə edib

Rumıniyanın xarici işlər nazirliyinin nümayəndəsi Andrey Tsarnya  bəyan edib ki, prezident seçkilərinin ikinci turunda "rusiyanın müdaxiləsi" ilə bağlı əlamətlər qeydə alınıb.

 Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanlarlnın xakerləri tərəfindən Telegram kanalının messencerinə, seçkilər prossesinə müdaxilə etmək məqsədiylə "feyk xəbərlər buraxılaraq viruslar kampaniyası" aparılıb

 "Hazırda yenədə Rumıniyada prezident seçkilərinə Rusiyanın müdaxiləsinin əlamətləri müşahidə olunur. Telegram və digər sosial şəbəkələrdə seçkilər prossesinə təsir etmək məqsədiylə feyk xəbərlərlə dolu virus kampaniyası aparılır"-deyə məlumatda bildirilib.

P.S. İddia olunduğu kimi, Rusiyanın müdaxilələrinə baxmayaraq, Rumıniyada keçirilən ikinci tur prezident seçkilərində 54 faiz səslə avropayönümlü namizəd Nikoşur Dan qalib gəlib. 

 Rüstəm Hacıyev