19 May 2025 16:34
127
MƏDƏNİYYƏT

Sumqayıt Dövlət Dram Teatrında  “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

Mayın 18-də Sumqayıt  Dövlət Dram Teatrında  yazıçı Kərim Həsənovun “Sehrli Yaylıq” əsəri əsasında eyniadlı adlı birhissəli uşaq tamaşasının premyerası olub.

Yeni səhnə əsərinin quruluşçu rejissor gənc və istedadlı rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Nağılvarı fantastik səhnə əsərində İşləməyi sevməyən Eldar telefonda oyun oynamağı, rəqs eləməyi sevir. Evləri çirkləndirməyi, dağıtmağı, dərslərini diqqətdən kənarda qoymağı,məktəb yoldaşları kimi olmamağı anasını narahat edir. 

Bütün günü sevdiyi dəniz quldurları haqqında oynadığı oyun onu rahat yatmağa qoymur. Evdən tapdığı, nənəsinin sehirli adlandırdığı yaylığın xəyalı vasitəsilə məktəb yoldaşları ilə birlikdə adaya düşən Eldar burdada macərə axtarışındadır, hələdə işləmək istəmir. Arzuladığı dəniz quldurları ilə qarşılaşmağı onlarla keçitdiyi əyləncəli və qorxulu anlardan yorulan Eldar dostları ilə birlikdə evə qayıtmaq istəyir, lakin adaya düşməsində ona köməklik göstərən yaylığını tapa bilmir. Yaylığını isə onun sevdiyi dəniz quldurları oğurlayıb. Evə qayıda bilməyəcəyi qorxusu ilə yuxudan ayılan Eldar əslində bütün olanların yuxu olduğunu anlayır. 

Tamaşa vasitəsi ilə balaca teatrsevərlərimizə faydalı olmağı, evləri dağıtmamağı, ev işlərində valideyinlərinə kömək etməyi, felefonla az vaxt keçirtmək lazım olduğunu, dərslərini yaxşı oxumağı, ailəsinə, dövlətinə , millətinə yararlı vətəndaş ola bilməsi ön plana çəkilərək tamaşaçılara aşılanır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov, Şəhriyar Aşkari çıxış ediblər