24 Mart 2025 23:47
1119
DÜNYA

Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqları başa çatdı - YENİLƏNİB

Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyad görüşü 12 saatdan çox davam edən məsləhətləşmələrdən sonra başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.

XXX

22:46

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar tərəflər birgə bəyanatın mətni üzərində razılaşdıqdan sonra başa çatacaq.

Adalet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.

"Məsləhətləşmələr yaxın vaxtlarda başa çatmalıdır. Hazırda danışıqlarda iştirak edənlər birgə bəyanatın mətni üzərində razılığa gəlməyə çalışırlar", - agentliyin mənbəsi bildirib.

XXX

20:39

Rusiya və ABŞ nümayəndələri təxminən bir saat əvvəl elan edilən növbəti fasilədən sonra Ər-Riyadda danışıqları davam etdiriblər.

Adalet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya nümayəndə heyətinə yaxın mənbə məlumat verib.

Məsləhətləşmələr doqquz saatdan çox davam edir. Əvvəllər tərəflər üç dəfə danışıqlara fasilə elan ediblər. Mənbənin sözlərinə görə, nümayəndə heyətləri artıq məsləhətləşmələri başa çatdırmağı planlaşdırıblar, lakin görüş davam edib.

XXX

18:34

Rusiya və ABŞ arasında Ər-Riyadda məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.

XXX

11:50

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar start götürüb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş bağlı qapılar arxasında keçirilir.

Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.