Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik

"Qardaşla qardaşın arasını vurmaq üçün oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən bildirib.
“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular”, - o qeyd edib.
Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların getdiyi yol dalana dirənir”.
Digər Xəbərlər

“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

ABŞ kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər

Türkiyə Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı keçiriləcək iclasda iştirak edəcək
