Fransa kanalı Ermənistanı xəritədən sildi

Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.
Adalet.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.
"Mən qətiyyən inanmıram ki, bu, "Arte France"da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu..." - Buisson yazıb.
Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni "günahkar" çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər./axar.az
Digər Xəbərlər

Rusiyanın daha bir jurnalisti müharibədə öldü

Britaniya hökuməti hərbi xərclərini artıracaq

“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

ABŞ kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər

Türkiyə Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı keçiriləcək iclasda iştirak edəcək

Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib

"ABŞ Rusiyanın tələblərini nəzərə alacaq" - Tramp
