Rusiyadan Ermənistana XƏBƏRDARLIQ
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaqla bağlı planları tamamilə qəbuledilməzdir”.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilib ki, rəsmi Moskva sözügedən məhkəmə tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Roma əsasnaməsinə qoşulmaq istəyini tamamilə qəbuledilməz hesab edir.
Rusiya XİN-dəki mənbənin sözlərinə görə, Moskva belə bir qərarın mənfi təsirləri ilə bağlı İrəvana xəbərdarlıq edib.
Qeyd edək ki, martın 24-ü Ermənistanın Konstitusiya Məhkəməsi Roma Əsasnaməsi ilə bağlı öhdəlikləri tanıyıb. Bu barədə qərar dərc edildiyi andan qüvvəyə minir. Bunun ardınca isə Ermənistan parlamenti Roma Əsasnaməsini ratifikasiya etməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin qanunvericiliyini tanıyan ölkələr bu orqanın normativ sənədlərinə, qərar və orderlərinə əməl etməli və yerinə yetirməlidirlər. Ermənistan Roma Əsasnaməsini isə 1999-cu ildə imzalasa da, ratifikasiya etməyib.
Xatırladaq ki, martın 17-si Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək onun həbsinə order verib.
Digər Xəbərlər
29 Dekabr 2025 11:08
Özbəkistan Prezidentini təhqir edən bloger Bakıda saxlanıldı
29 Dekabr 2025 09:59
Zelenski Putinə zəng edə bilər - 5 ildə ilk dəfə
29 Dekabr 2025 09:40
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə nə danışıb?
29 Dekabr 2025 09:23
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 7 polis yaralandı
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 15:06
“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
27 Dekabr 2025 14:00


Bakı -°C

