Rusiyalı səfir Kanadanı aşağıladı
Kanadanın, biznes sahələrinə Rusiya ilə hər hansı bir formada əlaqələrin qurulmasına qadağa qoyduqdan sonra,
Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov bəyan edib ki, Kanada Rusiyaya nə Arktikada, nə də ümumiyyətlə dünyada hər hansı bir təhlükə yarada bilməz.
"Ayrıca götürülmüş ağcaqayın yarpağı - kağızdan düzəlmə ağ ayıya oxşayan bir ölkə, həmişə ABŞ-ın hərbi mexanizminin bir parçası olub və həmişə də belə olacaq. Güc baxımından özünün heç bir potensialı yoxdur"- deyə səfir bildirib.
Bundan başqa "özündənrazı" səfir qeyd edib ki, Kanadanın ümumiyyətlə nə insani, nə də texniki infrastrukturları yetəri qədər deyil.
Rusiyalı diplomat daha sonra, Kanadanı hədələməkdən də çəkinməyərək bildirib ki, Kanada buna görə həm praktiki, həm də siyasi cavabını alacaqdır. "Bunun üçün Rusiyanın həm Ottavaya, həm də onun tərəfdaşlarına təsir etmək imkanları çox genişdir". Səfir əlavə edib ki, Rusiyanın verdiyi cavablar Kanada üçün "sürpriz" olacaq.
Rüstəm Hacıyev
Digər Xəbərlər
13 Noyabr 2026 23:10
“TikTok”a görə 19 yaşlı oğlan canından oldu - Pələnglə video çəkmək istəyirdilər
13 Noyabr 2026 22:52
Ermənistan və ABŞ TRIPP layihəsini müzakirə etdi
13 Noyabr 2026 22:46
Türkiyə və Qətər müdafiə sazişi imzaladı
13 Noyabr 2026 20:02
“Mossad” rəhbəri İrana görə ABŞ-yə getdi
13 Noyabr 2026 13:55
“Bild”: Rusiya Donbasın tam verilməsini və Finlandiyanın NATO-dan çıxmasını istəyir
13 Noyabr 2026 13:44
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
13 Noyabr 2026 13:00
Moskvada Ukraynanın sabiq Baş nazirinin müşavirinin avtomobili partladılıb- YENİLƏNİB
13 Noyabr 2026 10:20


Bakı -°C

