adalet.az header logo
  • Bakı -°C
15 Avqust 2026 09:40
72
DÜNYA
A- A+

Rusiyanın cənubunu bloklamışıq - Zelenski

Orta məsafələrdə yerləşən hədəflərə zərbələrimizin sayı artır. Faktiki olaraq, biz Rusiyanın cənubunu bloklamağa nail olmuşuq və bu strateji əməliyyatı genişləndiririk.

Adalet.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

Onun sözlərinə görə, Rusiya cəmiyyətinə təzyiq göstərmək lazımdır ki, onlar müharibənin başa çatdırılmasının zəruri olduğunu dərk etsinlər:

“Rusiya neft emalı zavodlarına, neft sektorundakı obyektlərinə qarşı sanksiyalarımız, Rusiyanın hərbi logistikasına zərbələrimiz, Qara və Azov dənizlərinin akvatoriyasındakı əməliyyatımız – bütün bunlar Rusiyanın müharibə potensialını məhdudlaşdırmağa yönəlib. Bunu daha fəal siyasi və hüquqi addımlarla da davam etdirmək vacibdir”.