Tramp Ankarada sui-qəsddən necə xilas olub?
İrandan göndərilən məlumatın ələ keçirilməsi ABŞ xüsusi xidmət orqanlarına Prezident Donald Trampa Ankarada planlaşdırılan sui-qəsd barədə xəbər tutmağa imkan verib.
Adalet.az xəbər verir ki, bu barədə Londonun “The Times” qəzeti İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın keçmiş əməkdaşı Rami İqraya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran xüsusi xidmət orqanları sui-qəsdi birbaşa həyata keçirmək niyyətində olmayıblar. Onlar Trampın adını nəzarət etdikləri silahlı təşkilatlara ötürülən “güllələnmə siyahısı”na daxil ediblər. Həmin siyahıya İranın keçmiş Ali Lideri Ayətullah Əli Xameneinin ölümünə səbəb olmuş fevral bombardmanlarına icazə verən şəxslər, o cümlədən Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun adları daxil edilib.
“Mossad”ın keçmiş əməkdaşının məlumatına əsasən, Trampın təyyarəsi Ankara hava limanından havaya qalxan zaman daşınan raket kompleksindən açılan atəş nəticəsində vurulmalı imiş. Məhz bu məlumat sayəsində ABŞ Məxfi Xidməti dövlət başçısını Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarmaq barədə qərar qəbul edib.
Bununla belə, nə qəzet, nə də Rami İqra İrandan göndərildiyi ehtimal edilən məlumatı kimin ələ keçirdiyi və prezidentə sui-qəsdin niyə baş vermədiyi barədə heç bir açıqlama verməyib. Bununla belə, mətbuatda guya Ankara hava limanı yaxınlığında daşınan raket kompleksinin görüldüyü barədə iddialar paylaşılıb.
Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən NATO sammiti zamanı Donald Trampa sui-qəsd hazırlanması barədə xəbər paylaşmışdı.
Digər Xəbərlər
23 Sentyabr 2026 11:48
İranla savaşda neçə ABŞ hərbçisi ölüb?
23 Sentyabr 2026 11:31
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR
23 Sentyabr 2026 10:31
Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
23 Sentyabr 2026 10:02
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
23 Sentyabr 2026 09:44
Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü
23 Sentyabr 2026 09:24
Qalmaqallı açıqlamadan sonra - Qadınlar parlamentə mini ətəklə getdilər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00


Bakı -°C

