adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 May 2022 13:45
394
DÜNYA

Rusiyanın növbəti hədəfləri Pribaltika respublikalarıdır

"Pribaltika respublikalarının rəhbərləri okeanın o tayından aldıqları təlimatlarla, Rusiyaya qarşı rusofob siyasət yürüdərək tarixi keçmişləri ilə absurd müharibə aparırlar". Bu təhdidlərlə  "İzvestiya" qəzetinə  müsahibəsində Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Dmitri Belik çıxış edib.
 
 Rusiyalı siyasətçi bildirir ki, Qələbə günü ərəfəsində Latviya hakimiyyəti güclü antirusiya təbliğatı apararaq onları xilas edəb azadlıq əsgərlərini aşağılayır, nasist  SS qüvvələri tərəfindən vuruşanları qəhrəman kimi təqdim edirlər.
  
"Kollektiv Qərb qüvvələrinin dəstəyi ilə Pribaltika dövlətləri demonstrativ şəkildə bu günədək edə bilmədikləri hərəkətlərə yol verirlər. Vətən müharibəsinə həsr olunmuş monumentləri, abidələri dağıdırlar. Elə bil bundan başqa problemləri yoxdur"- deyə siyasətçi bildirir.
  
Hazırda Rusiya bə Latviya arasındakı münasibətləri normal adlandırmaq olmaz. Bu günlərdə Latviya seyminin qəbul etdiyi qanun layihəsinə görə, Latviya və Rusiya arasında bağlanan ikitərəfli müqavilənin icrasına xitam verilib. Rusiya xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova, Latviya seyminin qəbul etdiyi qərara sərt münasibət bildirərək, Latviya hökumətini təhqir edib.
   
Polşanın baş naziri Mateuş Moravetski The Telegraphdakı məqaləsində "Rus dünyasının" dəhşət gətirən ideologiyasını məhv etməyə çağırıb. O, Moskvanın uzun illər ərzində "tarixin əcinnələrini dirilmək" cəhdlərinə çalışmaqda günahlandırıb. Zaxarova isə buna cavab olaraq Polşanı "rusofobiyanın önündə gedən ölkə" adlandırıb.
 
 Görünən odur ki, Ukrayna ilə başladığı müharibədən başını itirməkdə olan Putin hakimiyyəti, "bir budaqda oturub digər budaqları da silkələyir".

 Rüstəm Hacıyev