Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev rusiyalı həmkarı M.Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.
Nazir Teymur Musayev iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb:
"Tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi-tədqiqat fəaliyyəti, rəqəmsal səhiyyə, ictimai səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur".
Mixail Muraşko ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib:
"Təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək".
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Sonda nazirlər səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
25 Avqust 2026 12:53
Hərbi toplanış kimlər üçün məcburi deyil?
25 Avqust 2026 12:07
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
25 Avqust 2026 12:04
Tofiq Bakıxanovla vida mərasimi keçirilir - Prezidentlə xanımı əklil göndərdi
25 Avqust 2026 11:18
Metronun iş rejimi DƏYİŞİR
25 Avqust 2026 10:47
Sələmçilərə ÇAĞIRIŞ: Hüquqi nəticələri sizə baha başa gələ bilər!
24 Avqust 2026 23:52
Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
24 Avqust 2026 19:44
Şuşada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi
24 Avqust 2026 18:00


Bakı -°C

