adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 10:28
82
DÜNYA
A- A+

Rusiyanın strateji zavodu vuruldu

Rusiyanın Samara vilayətindəki “Tolyattikauçuk” zavoduna PUA zərbələri endirilib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar başlayıb.

Bildirilir ki, bu zavod strateji obyekt hesab olunur. Burada təkər sənayesi üçün sintetik kauçuk, rezin məhsulları və hərbi texnika üçün yüksək oktanlı yanacaq əlavələri istehsal olunur.

Bundan başqa, Tatarıstan Respublikasındakı “Nijnekamskneftxim” zavoduna da zərbələr endirilib.