"Rusiyasının və erməni cinayətkarlarının ssenarisi əsasında DQMV-in 100 yaşı oldu" - MÜSAHİBƏ

Əziz oxucularımız bu gün Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı gündür. Düz 100 il əvvəl Şar Rusiyasının imperialist ideyalarının daşıyıcısı və varisi olan sovet hökümətinin işğalçı prinsiplərinə uyğun olaraq 1923-cü ildə Qarabağda yeni erməni dövlətinin yaranmasının təməlini qoydu.
Mövzu ilə bağlı Adalet.az -ın suallarını tanınmış yazıçı- jurnalist İlham Cəmiloğlu cavablandırır.
- İlham müəllim, gəlin söhbətimizə Qarabağın ermənilərə verilməsi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq ideyasının ilk "təməlqoyma" illərindən danışaq. Yəni Rusiyanın erməniləri Qarabağa kütləvi köçürməsini müzakirə edək.
- Əvvəlcə, Qarabağın ürəyi, paytaxtı olan qədim Xan kəndindən danışım: Deməli, Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələr kimi Xankəndinin də taleyinə ciddi təsir etdi. Əvvəlki həyat tərzi dağıdılaraq hər şey imperiyanın maraqlarına tabe etdirildi. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu Rusiya imperiyası tərəfindən hərbi hissələr yerləşdirildi. Hərbi hissələrin biri də Xankəndində olub. Xankəndi hərbi hissə üçün çox əlverişli olduğundan buradan çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı digər yaşayış məskənlərini nəzarətdə saxlamaq daha asan oldu. Digər tərəfdən Rusiya imperiyasının Xankəndinə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı da nəzərdə tutuldu. Bu planın reallaşması nəticəsində çar çinovnikləri digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər poza bildilər. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi oldu.
Rusiya işğalından dərhal sonra Xankəndində çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşdü. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirildi, etibar qazandıqlarına görə onlar çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edildilər. Xankəndində iki sinifli məktəb də fəaliyyət göstərdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilib. Rus hərbi kontingentinin Xankəndində yerləşdirilməsi ilə əlaqədar burda hərbi kazarmalar, xəstəxana, səhra kilsəsi, inzibati binalar tikilməyə başlanıb və bölgənin hərbi qərargahı buraya köçürülüb. Bundan sonra Xankəndinə ermənilərin köçü daha da artmağa başladı.
- İlham müəllim, bir nüansı qaçırdıq. Danışdığınız hadisələrdən daha əvvəl Xankəndinin ruslar tərəfindən işğalından təxminən 7-10 il əvvəl "Kürəkçay müqaviləsi" adı ilə tanınan, Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsini reallaşdıran müqavilə imzalanmışdı. 14 may (26 may) 1805-ci il tarixdə Kürəkçay çayı sahilində - Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə - 21 mayda (2 iyun), Şəki xanı Səlim xan tərəfindən imzalandı. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atdı. Müqavilə əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal edib, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişdi. Xankəndinin ruslar və ermənilər tərəfindən işğalı məhz Şuşanın ruslar tərəfindən işğalından sonra baş tutdu.
-Beləliklə Qarabağda etnik tərkib sürətlə dəyişdirlməyə başladı. Ermənilər kütləvi şəkildə, ruslar da qismən "qarabağlı" oldular.
- Bax, bu sözü ilk dəfədir eşitdim. Deməli, ruslarda yaşamaq üçün Qarabağı seçiblər.
- 19-cu yüzilliyin ortalarında rus hərbi hissəsinin komandanlığının təşəbbüsü ilə Qarabağda ilk hərbi yunker məktəbi Xankəndində fəaliyyətə başlayıb və ora ancaq bəy uşaqları qəbul olunub. “Hərbi şəhərciyə” yaxın onun qərbində hərbi kontingentin ət, yağ məhsullarını saxlamaq üçün iri anbar otaqları olan buzxana tikilib. Xankəndinin intensiv tikilən evlərini kərpiclə təmin etmək üçün şimal tərəfdə kərpic zavodu inşa olunub. Onun ətrafındakı yaşayış sahəsi “kərpicxana” adlandırılıb.
Xankəndi bir tərəfdən ətraf azərbaycanlı əhalisi olan kəndlərdən bura miqrasiya edənlərin və hərbi xidmətdən tərxis olunan kazakların hesabına böyüyüb, inkişaf edib və abadlaşdı. Belə ki, Xankəndində yerləşən “Hərbi şəhərcik”də 25 illik qulluğunu başa vuran Don kazaklarının bir hissəsi vətənlərinə dönmyərək Qarabağda qalmağa üstünlük verdilər. Bununla yanaşı Bakıda neft sahibkarı Krasilnikov qardaşları da Xankəndində Məşədi Şükür Hacıyevə məxsus mülkün arxasında iki ikimərtəbəli iri, çoxmənzilli yaşayış binası inşa etdilər.
XX əsrin ilk onilliklərində Türkiyədə qırğınlar törədən və buna görə cəza alacaqlarından yaxa qurtarmaq üçün Qərbi Azərbaycana (Sisyan, Zəngəzur və s.) qaçan və sığınacaq tapan, türklərin qatı düşməni olan erməni daşnakların bir qismi də Xankəndində yerləşdirildi. Onlar özlərinə yer etdikdən sonra yerli azərbaycanlıları təqib etməyə və zorakılığa məruz qoymağa başladılar.
- Bura qədər çar Rusiyasının əməllərini müzakirə etdik. İndi də keçək Sovet İttifaqı adı altında imperializmi daha çox böyüdən və dünyaya hökm edən Rusiyanın əməllərinin müzakirəsinə....
- Sizin qeyd etdiyiniz keçid Azərbaycan üçün çox ağır olub. 1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötməyib. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığını buraya yerləşdirilmiş İran erməniləri Ermənistan dövləti elan ediblər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başlayıblar. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verib. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusundan qalma hərbi hissəsinin imkanlarından da geniş istifadə ediblər.
- Elə o dövrdə Azərbaycan Cümhuriyyətinin yaranması bu proseslərə- yəni, erməni rus işğalına necə təsir göstərdi?
- 1918-ci il may ayının 28- i Azərbaycan Demokratik Cümhuriyyətinın yarandığı elan edildi. Həmin vaxt artıq bolşevik Rusiyası ilə birləşən daşnak erməniləri Qafqazda azərbaycanlıların kökünü kəsmək üçün kütləvi qırğınlar törədirdi. Daha dəqiq 31 mart qırğını aprel, may ayında da davamlı Azərbaycanlılar yaşayan bütün bölgələrdə həyata keçirilirdi. Qarabağda 157 kənd dağıdılıb. Şuşada və həmin dağıdılan 157 kənddə azərbaycanlılara qarşı amansız qırğınlar törədilibƏlbəttəki, milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması rus və ermənilərdən ibarət nizami ordunun qarşısında heç nə edə bilməzdi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi işğalşılarınməqsədlərini yarımçıq qoydu və 15 sentyabrda Bakı işğalçılardan azad edildi.Hücumlar durduruldu.
- Rusiya bu məqsədinin həyata keçirilməsindən çox qəzəblənmiş olmalıydı ki, sonradan amansızcasına Azərbaycan Demokratik Cümhuriyyətini darmadağın etdi.
-Sovet hakimiyyətiinin elə ilk illərində də millətçi erməni siyasətçiləri Dağlıq Qarabağın ələ keçirilməsi, Ermənistana qatılması istiqamətində məkrli siyasətlərini davam etdiriblər. Azərbaycanda sovet rejimi hakimiyyəti ələ aldıqdan sonra Sovet Azərbaycanının hökuməti Qarabağda, 1813-cü ildən başlanmış proses hərəkətləndirildi. Beləki, 1920-ci il iyulun 10-da AK(b)P MK bürosuna Qarabağ partiya təşkilatının rəhbərlərindən biri olan A.N.Karakozovun məruzəsi təqdim olunub. Məruzəçi Qarabağ məsələsində ingilis imperialistlərinin ikili siyasət yeritdiklərini söyləyərək qeyd edib ki, Qarabağ kommunistləri Qarabağın Azərbaycana birləşdirilməsini zəruri sayırlar.
1920-ci il iyulun 15-də AK(b)P N.Nərimanovun, Q.K.Orconikidzenin, Y.D.Stasovanın, M.D.Hüseynovun, D.X.Bünyadzadənin, A.İ.Mikoyanın, XI Ordu Hərbi İnqilab Şurası nümayəndələrinin iştirakı ilə Ermənistanla sülh haqqında məsələni müzakirə edərək qərara alıb ki, "Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməlidir". 1920-ci il avqustun 10-da İrəvanda RSFSR ilə daşnak hökuməti arasında bağlanmış müqaviləyə əsasən Sovet Rusiyası Ermənistanın istiqlaliyyətini və müstəqilliyini tanıyıb. Müqavilədə Qarabağ, Zəngəzur və Naxçıvan "mübahisəli vilayətlər" elan olunub. Beləliklə, Qarabağ və Zəngəzur müxtəlif partiya qüvvələri və siyasi qüvvələr arasında mübarizə meydanına çevrilib. 1921-ci ilin mayında RK(b)P MK Qafqaz bürosu Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirmək üçün S.M.Kirovun sədrliyi ilə bu respublikaların nümayəndələrindən ibarət komissiya yaratmağı qərara alıb.
- Türklər demiş, hadisələr "tüm hızıyla" irəliləyib...
-1921-ci il iyunun 25-27-də Tiflisdə komissiyanın iclası keçirilib. Elə ilk iclasda Ermənistanın nümayəndəsi Bekzadyan "Zaqafqaziyanın inzibati bölgüsünün ədalətsiz olduğunu" vurğulayaraq erməni əhalisinin yığcam yaşadığı rayonlarda güzəştlər etməyi təklif edib. Azərbaycan və Gürcüstan nümayəndələri hər hansı ərazi güzəştlərinin yolverilməz olması barədə əks təkliflə çıxış ediblər. S.M.Kirov onları dəstəkləyib. Bununla mübahisə həll olunmayıb və RK(b)P MK Qafqaz bürosunun müzakirəsinə verilib. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz bürosu plenumunun iclasında qərara alınıb: "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin". Belə olan halda N.Nərimanov bəyanatla çıxış edib: "Qarabağ məsələsi Azərbaycan üçün mühüm məsələ olduğuna görə, onun qəti həllinin RKP MK-ya çıxarılmasını zəruri sayıram". 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK üzvü Stalinin və Azərbaycan SSR-in Xalq Xarici İşlər komissarı M.D.Hüseynovun iştirakı ilə tam tərkibdə toplaşaraq, üç nəfər bitərəf qalmaqla qərara alıb: "Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin".
- Nəriman- Nərimanovla Əliheydər Qarayev arasında məşhur bir dialoq olub. Yəqin ki, eşitmisiniz...
-1921-ci il avqustun 8-də AK(b)P MK-nın Siyasi və Təşkilat bürosu Qarabağda vəziyyət haqqında L.İ.Mirzoyan və Ə.H.Qarayevin məruzələrini dinləyərək, Şuşa qəza partiya komitəsinin yeni tərkibini, habelə Ə. H. Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq edib. Sentyabrın 26-da isə səs çoxluğu ilə qərara alınıb: "Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarına yenidən baxsın, həmin vaxtadək muxtariyyət elan edilməsin". Qarabağ məsələsinə dair yeni materialları əldə etməklə məsələni bundan sonra da öyrənmək üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev və D.X.Bünyadzadədən ibarət xüsusi komissiya yaradılıb. Məşhur dialoq dəqiq bu ərəfədə olub.
- Amma Qarabağın muxtariyyətləşməsi gündəmdən düşməyib.
- Qaraçı və görməmiş köçəriləruin əlinə belə bir yağlı tikə keçib, onu buraxarlarmı? Qarabağ haqqında məsələ 1922-ci il dekabrın əvvəlində RK(b)P Zaqafqaziya Ölkə Komitəsində də müzakirə edilib. 1922-ci il dekabrın 15-də AK(b)P MK-nın Rəyasət Heyəti S.M.Kirov başda olmaqla Azərbaycan SSR XKS yanında Dağlıq Qarabağın işləri üzrə Mərkəzi Komissiyanın və A.N.Karakozovun sədrliyi ilə Dağlıq Qarabağın işləri üzrə komitənin tərkibini təsdiq edib. 1923-cü ilin yayınadək partiya və sovet orqanları məsələni dəfələrlə müzakirə ediblər və hər dəfə də müxtəlif baxışlar aşkar olub, fərqli təkliflər irəli sürülüb.
- Rusiyanın ermənilərin adından təşkil etdiyi sürəkli tələblər əlbəttə bir gün həyata keçməli idi... Təəssüf ki...
- 1923-cü il iyunun 20-də Rəyasət Heyəti komissiyasının təqdim etdiyi layihəni nəzərdən keçirib və həmin layihədə belə bir fikir öz əksini tapıb: "komissiya istər dağlıq, istərsə də düzən Qarabağı bir inzibati vahid saymağı zəruri bildi" və Ə.H.Qarayevin sədrliyi ilə komissiyaya tapşırılıb ki, bu məsələni ətraflı işləyib hazırlasın və AK(b)P MK Rəyasət Heyətinin təsdiqinə versin. Lakin AK(b)P MK-nın Rəyasət Heyətində başqa rəy də söylənilib: Qarabağ məsələsinin qəti həlli üçün Dağlıq Qarabağın Muxtar Vilayətə çevrilməsi haqqında Azərbaycan Xalq Komissarları Sovetinin dekreti lazımdır. 1923-cü il iyunun 27-də Qarabağ komitəsinin məruzəsini müzakirə edən RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsinin plenumu həmin rəyi təsdiq edib. Nəhayət, 1923-cü il iyulun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti qərara alıb: "Azərbaycan MİK-ə Dağlıq Qarabağın muxtariyyəti barədə dekret verib mərkəzi Xankəndi olmaqla İcraiyyə Komitəsinin başçılıq etdiyi Qarabağ muxtar vilayəti yaradılsın". 1923-cü il iyulun 4-də Azərbaycan MİK-in Rəyasət Heyəti də eyni məzmunda qərar qəbul edib.
1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK "Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında" dekret verib. Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan MİK-in dekreti və Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı elan edilib.
- Bəli, Xankəndi şəhəri (Stepanakert), Şuşa, Əsgəran, Ağdərə (Mardakert), Xocavənd (Martuni) rayonları, Hadrut qəsəbəsi kəndləri ilə birlikdə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verildi. İlham müəllim, ümid edirik ki, yaxın günlərdə növbəti bir söhbətimiz də olacaq. O söhbətdə isə 1923-cü ildən bu günə qədər Qarabağda baş verən bütün xain proseslərə işıq salarıq. Geniş məlumatlara görə isə sizə təşəkkür edirik.
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ
