Rusiyaya qarşı sanksiyalar və tədbirlər davam etdiriləcək - Makron
Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya neftinin daşınması ilə əlaqəli tankerlərin imkanlarını məhdudlaşdırmağa davam edəcəyini bəyan edib.
Adalet.az xəbər verir ki, Makron bunu "X"də yazıb.
"Biz həmçinin Rusiya hərbi iqtisadiyyatını təqib etməyə davam edəcəyik: sanksiyalar kursuna sadiq qalacaq və "kölgə donanması"na qarşı tədbirlərimizi davam etdirəcəyik. Təhlükəsizlik olmadan sülh olmayacağı və Ukraynada təhlükəsizliyimiz təhdid altında olduğu üçün biz könüllülər koalisiyasında iştirakımızı davam etdirəcəyik", - o qeyd edib.
Makron xatırladıb ki, Avropa ölkələri Ukraynaya 90 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı razılığa gəliblər.
"Avadanlıq və sursat tədarükü, təlim, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatlarına qarşı mübarizənin gücləndirilməsi davam etdiriləcək", - prezident yazıb.
Digər Xəbərlər
24 Fevral 2026 15:14
"Kiyevə nüvə bombası köçürmək planları beynəlxalq hüququ pozur" - Peskov
24 Fevral 2026 14:06
Avropa İttifaqı sayca 20-ci sanksiyalar paketini qəbul edə bilmir
24 Fevral 2026 12:26
"Putinin Kiyevi üç gündə ələ keçirməsindən 4 il ötür" - Zelenski
24 Fevral 2026 11:22
“Əgər danışıqlarla həll məsələsinə ehtimal olsa idi...”
24 Fevral 2026 10:34
"Müharibə başlayandan bəri 10-cu dəfə Kiyevdə..." - Leyen
24 Fevral 2026 09:17
Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı
23 Fevral 2026 21:00
ABŞ səfirliyinin əməkdaşları bu ölkədən çıxarılır
23 Fevral 2026 20:45


Bakı -°C

