Rusiyaya sanksiyaları poza bilmərik - Astana
Qazaxıstan hakimiyyəti ölkə ərazisinin Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsi üçün istifadə olunmasını istəmir.
Adalet.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.
“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, bu ölkəyə qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda, biz istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə edilsin. Qazaxıstanın mövqeyi istər Qərbdə, istərsə də Rusiyada hamıya məlum və başadüşüləndir. Biz sanksiyalarla bağlı məsələlərdə AB ilə dialoq aparırıq. Sanksiyalardan belə yayınma halının baş verməməsi üçün tədbirlər görürük, çünki şirkətlərimizin ikinci dərəcəli sanksiyalara məruz qalmasını istəmirik”, - Vasilenko bildirib.