20 Avqust 2024 17:32
602
MARAQLI

Rusların ” ağ cənnət” adlandırdığı, Kleopatranın çimdiyi məşhur hovuz – FOTOLAR

Türkiyə son illər içərisində turizmdə möhtəşəm yüksəlişə nail olub. İndi dünyanın müxtəlif ölkələrindən Türkiyəyə turist axının 2018-ci ilə nisbətən 100 faiz artıb. Maraqlıdır ki, Türkiyəyə vaxtilə dəniz, bol günəş arzusu ilə gələn turistlər bu gün Türkiyənin 4 bir yanınına səyahət edərək tarix, mədəniyyət abidələrini ziyarət edirlər. Türkiyənin bəzi bölgələri turistlər üçün kəşf edilməmiş cənnət statusunu alıb. Belə yerlərdən biri əsasən Rusiyadan gələn turistlərin sevimli  məkanı olan Pamukkaledir. Pamukkale  1988-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilib. Dünyada yeganə yer kimi xatırlanan Pamukkale həm də “xəyallar adası” adını alan saf ağ cənnətdir.

image-22

Pamukkale Türkiyənin cənub-qərbində olan Dənizli bölgəsində bir təbii ərazidir. Türk dilində “pambıq qala” mənasını verir. Şəhər isti bulaqları, travertənləri və axan sulardan qalan karbonat mineralların teraslarını, əhatə edir. Türkiyənin İçəri Egey regionunda, mülayim bir iqlimi olan Menderes çayı dərəsindədir.

image-111

Pamukkale deyilən kimi ağla gələn bu saf ağ təbii gözəllik siyahılarınızın başında olmalıdır.

İlin hər fəslində turistləri qəbul edən bu məkanda şəfalı sularda ayaqyalın gəzə, mənzərədən həzz ala bilərsiniz.

Pamukkaledə bir çox qaydalar mövcuddur. Bu qaydalara riayət etmək lazımdır.

Əsas tələb ondan ibarətdir ki,  ayaqqabı ilə Pamukkale ərazisinə daxil olmaq qadağandır. Buna görə də girişdə ayaqqabılarınızı çıxarıb əlinizə götürməlisiniz.

Travertinlərin əmələ gətirdiyi bu kiçik hovuzlara girmək istəyirsinizsə, özünüzlə ehtiyat paltar götürməlisiniz.

Pamukkalenin yaxınlığında hər yüzminlərlə turistin ziyarət etdiyi tarixi məkanlar mövcuddur. Bu tarixi məkanlar turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Səyahətinizin daha maraqlı olacağının nəzərə alaraq bu tarixi məkanları diqqətinizə çatdırırıq.

Hierapolis Qədim Şəhəri və Hierapolis Arxeoloji Muzeyi

image-1

“Müqəddəs şəhər” kimi tanınan xarabalıqlarda bir çox dini ziyarətgahlar var.

Eramızdan əvvəl 2-ci əsrdə Perqamon kralı II Eumenes tərəfindən inşa edildiyi tarixi mənbələrdə öz əksini tapıb.

YUNESKO-nun Ümumdünya İrs Siyahısındakı digər adlardan biri olan Hierapolis Qədim Şəhəri mistik bir atmosferə malikdir.

Burada saysız- hesabsız tarixi məkanlar var.  Frontinus küçəsi, Şimali Bizans Qapısı, Triton Fəvvarə Binası, Aqora, Cənubi Bizans Qapısı, Gimnaziya, Apollon ziyarətgahı və su kanallarını gəzərək tarixlə baş-başa qala bilərsiniz.

Son qazıntılar zamanı aşkar edilən “Cəhənnəm Qapısı” buradakı ən mistik tikililər arasındadır. Bu arxeoloji kəşf özü ilə bir çox mistik suallara aydınlıq gətirdi və əfsanələrə mövzu olan Müqəddəs Şəhərin sirrinin işıqlandırılmasına kömək etdi.

Qədim hovuz – Kleopatra hovuzu

image-kleopatra-havuzu

Hierapolis Qədim şəhərində yerləşən bu hovuz sözün əsl mənasında müalicə mərkəzidir.

Yay-qış çox adamın gəlib üzdüyü hovuz haqqında tez-tez danışılan əfsanəyə görə, hətta o vaxt  Kleopatra da  bu hovuzda üzürmüş.

Bu əfsanəvi hovuzun tarixi eramızın 7-ci əsrinə gedib çıxır.

Bu dövrdə baş verən zəlzələdən sonra yaranan çuxurun su ilə doldurulması nəticəsində yaranan Qədim Hovuz, o vaxtdan bəri şəfa tapmaq istəyənlərin tez-tez müraciət etdiyi yer olub.

Termal suyun altında qalan və üzgüçülük zamanı insanları tarixdən əvvəlki dövrlərə aparan xarabalıqlar çox diqqət çəkir.

Laodikiya Qədim Şəhəri

image-leodikya-antik-kenti

Dənizli şəhər mərkəzinə çox yaxın olan Laodikiya Antik Şəhəri eramızdan əvvəl 260-cı ilə aid xarabalıqlardan ibarətdir.

Anadolunun ən böyük stadionu, kilsələri, teatrları, hamamları və bir çox digər tikililəri olan bu çox qiymətli qədim şəhəri hər il çoxsaylı turist ziyarət edir.  Burada qədim dünyanın sirli tarixi ilə baş-başa qalmaq mümkündür.

Romalılar Laodikiyaya böyük əhəmiyyət verirdilər və buranı daha da gözəlləşdirmək üçün əllərindən gələni edirdilər.

Rəvayətə görə eramızın 60-cı ilində baş verən zəlzələdən sonra şəhərdə çoxsaylı dağıntılar baş verib. Bu zəlzələdən sonra indi çox yerlər dağılsa da, məşhur olan stadion, kilsələr, teatrlar və hamamlara zərər dəyməyib.

Burada yerləşən Laodikiya kilsəsinin xristianlıq üçün böyük mənası var. Çünki bu kilsə xristian dünyasının ən qədim və ən mühüm müqəddəs tikililəri sırasındadır.

Apollon Lairbenos məbədi

image-11
Türkiyəyə gələn turistlərin, elm adamlarının ziyarət etdiyi məkanlardan biri də Apallon məbədidir. Bu məbəd də xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən məkandır.  Burada yerləşən Apollon məbədi bu gözəlliklərdən yalnız biridir.

Rayon əhalisinin Asartəpə adlandırdığı yerdə yerləşən Apollon məbədi ən qədim dini mərkəzlərdən biridir.

Rəvayətə görə Apollon məbədində Ana Tanrıça Kibele ilə Apollon görüşüblər və Ana Tanrıça Kibele bu məbədə enərkən yeraltı metan  qazından zəhərlənib.

Bu məbədin təməli Son Ellinizm dövründə qoyulub.

Mərmər giriş pillələri ilə məşhur olan Apollon məbədi 70 metr uzunluğundadır.

Məbədin ətrafında temenos adlı divar var. Temenos adlanan bu divarlar cənub, şimal və qərb hissələrində qazılmış eyvana söykənir.

Karahayıt

image-karahayit

Dünyada isti bulaqları ilə məşhur olan Karahayıt Pamukkale yaxınlığında bir kiçik qəsəbədir.

Həm termal qırmızı suları, həm də palçıq hovuzları ilə ziyarətçilərini ən yaxşı şəkildə qəbul edən Karahayıtı həzm, mədə, qaraciyər və öd problemlərindən əziyyət çəkən insanların mütəmadi olaraq ziyarət etdiyini də qeyd etmək lazımdır.

Müalicəvi qaynar bulaq olan Karahayıt suyundan içməli su kimi də istifadə etmək olar.

Kaklik mağarası

image-kaklik-magarasi

Dənizlinin Honaz rayonunda yerləşən bu mağara dünyanın ən qədim mağaralarından biri hesab edilir. Rəvayətə görə bu mağara şəfa mağarası da adlanıb. Bunun da maraqlı səbəbi var. Kaklık mağarasındakı suyun kükürdlü olması onu şəfa verən yerlər sırasına əlavə edir. Məlum olduğu kimi, kükürd bəzi dəri xəstəliklərinə xeyirlidir. Ona görə də bura şəfa tapmaq üçün gələnlər çoxdur.

Bu yerin adını Kiçik Pamukkale və Pamukkale Mağarası kimi də eşidə bilərsiniz.

Bir sözlə Dənizli bölgəsi turistlərin heyral olduğu və tarixlə baş-başa qaldığı bir məkandır. Türkiyəyə səfər edən turistlərin böyük hissəsi məhz bu tarixi yerlərə baş çəkir və ona dünyaya daha da yaxşı tanıdırlar. Sizin də yolunuz bu qədim tarixlə zəngin əraziyə düşsə, mütləq minillik tarixə malik yerləri ziyarət edin.