ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlayacaq – Politoloq
“İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edərək, Donald Trampa Tehrana qarşı daha da sərt hərbi əməliyyatlara inandıra bildi. B.Netanyahunun ABŞ səfərində "İranla bağlı ciddi məsələlər müzakirə edilməyəcək"-kimi İsrail kəşfiyyatı belə bir informasiya dövriyyəyə buraxmışdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Çin İrana radar sistemləri, daşına bilən zenit raketləri və digər havadan müdafiə sistemləri göndərir:
“Ötən gün İranın Ali Dinin rəhbərinin müşaviri və sərt xəttin əsas fiquru Yəhya Səfəvi Pakistanda Çinin müdafiə naziri və digər yüksək çinli rəsmilərlə görüşüb. Çin İrana hərbi lojistika dəstəyi verməklə, ABŞ strateji böhrana yuvarlamağı planlaşdırır. Bir növ İran, ABŞ və Çin arasında "döyüş pladsarmı" olacaq.İran da geri çəkilmir və körfəz ölkələrinin infrastrukturu Tehran tərəfindən hərbi hədəf olacaq. Bir neçə gün davam edən Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermədi. İran ABŞ ilə uzun müddətli müharibəyə hazır deyil. İran hərbi rəhbərliyi strateji səhvə gedir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 22:00
Putin Mehriban Əliyevanı təbrik etdi
25 Avqust 2026 19:06
Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır - Paşinyan
25 Avqust 2026 16:50
Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Avqust 2026 15:11
“Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün..."
25 Avqust 2026 13:32
“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”
25 Avqust 2026 11:00


Bakı -°C

