“Paşinyanın Qərbə üz tutması Moskvanın təziqlərinin artacağını göstərir”
“İyun seçkilərindən sonra Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin olunub. Nazirlər kabinetinin əksər üzvləri, o cümlədən xarici işlər və müdafiə nazirləri öz postlarında qalsalar da, bu proses İrəvanın xarici siyasətdə Qərb meyilli kursunu, regional sülh danışıqlarını davam etdirəcəyinə və idarəetmədə kadr islahatlarına start verdiyinə işarədir”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, Paşinyanın təşəbbüsü ilə xarici universitet məzunlarının dövlət idarəçiliyinə cəlb olunması üçün "kadr bankı" yaradılması nəzərdə tutulub ki, bununla bağlı artıq 1000-dən çox müraciət nəzərdən keçirildiyi qeyd olunur. Seçkiqabağı rüşvət və qeyri-rezidentlərin iştirakına qarşı yeni qanunvericilik dəyişiklikləri də müzakirə olunur. Bütün bunlarla yanaşı, ən əsası isə Azərbaycanla yekun sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin açılması istiqamətində diplomatik tempin qorunub saxlanılması gözlənilir. Hazırda hakim komanda konstitusiya dəyişiklikləri və mümkün referendumla bağlı hədəflərini reallaşdırmaq üçün parlamentdə əlavə səslər toplamağa çalışır. Rusiyanın təsirində olan dairələrin nailiyyət əldə etməməsi Paşinyan hökumətinin Qərbə üz tutmaqda davam edəcəyini və Moskvanın təziqlərinin artacağını göstərir. Bu təhdidlər qarşısında Qərbin də dəstəyini alan Ermənistan hökuməti regional sülh prosesində iştirakdan geri çəkilməyə meylli deyil. Gərginliyi azaltmaq və iqtisadi asılılığı nəzərə alaraq İrəvan Rusiya ilə Qərb arasında balanslı siyasət izləməyə çalışır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Avqust 2026 10:32
“Qərb dairələri müsəlman ölkələrindəki məzhəb, təriqət və..."
14 Avqust 2026 10:10
“Əgər Azərbaycan yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi...”
14 Avqust 2026 09:58
“Zirvəni fəth edənlər və çirkabda çabalayan siyasi körpələr”
13 Avqust 2026 16:04
“Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur”
13 Avqust 2026 12:56
İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13 Avqust 2026 10:56
“Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur”
13 Avqust 2026 10:51
“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”
13 Avqust 2026 10:40


Bakı -°C

