“Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək”
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri başlayıb. Bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert çevrələrinin növbəti hücumlarını müşahidə edəcəyik. Ermənistan lideri Qırğzıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Paşinyan hesab edir ki, qurum iflic vəziyyətdədir, hətta təşkilatı Kollektiv Təhülkəsizlik Müqaviləsinə Təşkilatına bənzədib. Çünki, Rusiya Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşı olan Ermənistandan məhsulların ixracına qadağalar qoyub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Kreml bu yolla Qərblə yaxınlaşan Nikol Paşinyan hökumətini cəzalandırmağa çalışır:
“Bu Kremlin siyasi qərarıdır. Halbuki, Rusiyanın qadağaları özünün formalaşdırdığı Avrasiya İqtisadi İttifaqının fəaliyyət mexanizminə ziddir. Bu səbəbdən Paşinyan Qırğızıstana sözünü deməyə gedib. Buna qarşı Kremlin əks-arqumentləri də səsləndiriləcək. Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək. Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı ölkəmizin müstəsna hüququdur və buna heç bir dövlət qarışa bilməz”.
O, bildirib ki, bununla yanaşı Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edənləri də hədəfində saxlayır:
“Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun iki il dalbadal dövlət başçısına verdiyi eyni suala “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dariələrin qəzəbinə səbəb olub. Bunlara elə gəlir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını həzm etməlidir. Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün də Kiyevə səfər edib. Ukrayna Azərbaycanın tərəfdaşıdır və bu ölkəyə siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Avqust 2026 10:32
“Qərb dairələri müsəlman ölkələrindəki məzhəb, təriqət və..."
14 Avqust 2026 10:10
“Əgər Azərbaycan yalnız Bakı-Novorosiysk kəməriylə kifayətlənsəydi...”
14 Avqust 2026 09:58
“Zirvəni fəth edənlər və çirkabda çabalayan siyasi körpələr”
13 Avqust 2026 16:04
“Xalq dərin köklərinə bağlı qalaraq, üstündə dayanaraq müasirləşəndə daha güclü olur”
13 Avqust 2026 12:56
İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13 Avqust 2026 10:56
“Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur”
13 Avqust 2026 10:51
“Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq”
13 Avqust 2026 10:40


Bakı -°C

