adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 11:17
77
SİYASƏT
A- A+

ABŞ İrana qarşı "hərbi güc" siyasətindən "yumuşaq güc" siyasətinə keçdi – Politoloq 

“ABŞ prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiq və blokada həyata keçirəcəklərini elan edib. Artıq ABŞ İrana qarşı hərbi əməliyyatları dayandırıb. Çünki hərbi əməliyyatlar körfəz ölkələrini və beynəlxalq dəniz daşımalarını risk altına qoyur. Bundan əlavə Donald Tramp payızda Konqresə keçiriləcək aralıq seçkilərinə kimi müharibəni təxirə salıb.ABŞ və İran arasında danışıqlar baş tutmadı”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, İran ABŞ təkliflərini qəbul etməyərək eskalasiyada maraqlı olduğunu ortaya qoydu:

“İranda hakimiyyəti tam ələ alan SEPAH prezident Mesud Pezeşkian dilə və razılaşma təklifini qəbul etmədi. Prezident və onun rəhbərlik etdiyi hökuməti ABŞ-la danışıqlarda əldə etdiyi nəticəni kənara qoydu. Ümumiyyətlə, ABŞ 28 fevralda İsrailin təhriki ilə birbaşa hərbi əməliyyatlara başlamamalı idi. İndi tətbiq edilən iqtisadi təzyiq və dəniz blokadası daha uğurlu variant idi. ABŞ İrana tətbiq etdiyi dəniz blokadası və neft satışına məhdudiyyətlər İrana iqtisadi və sosial vəziyyəti ağırlaşdıracaq. SEPAH üçün ən mənfi ssenari məhz iqtisadi və sosial vəziyyətin ağırlığıdır”. 

M.Əsədullazadə bildirib ki, əgər, ABŞ İrana neft satışına imkan verməsə, Tehran üçün ciddi iqtisadi ağırlaşma gözlənilir:

“Artıq SEPAH rəhbərliyi regionda əsas güc olduqlarını elan edib. D. Tramp Konqresdə seçkilərdə partiyası qələbə əldə edəcəksə, İrana qarşı yenidən hərbi əməliyyatları başlaya bilər.İran Cənubu Qafqaza təsir etməyə çalışacaq. Xüsusilə, bunu Zəngəzur -TRİP marşurutu üzərində edəcək. Amma, İrana iqtisadi təzyiqlər Tehranı Azərbaycanla normal münasibətlər sistemi qurmasına məcbur edəcək. Çünki, Azərbaycan üzərindən Rusiya ilə iqtisadi əlaqələrini saxlayır”.

Vasif ƏLİHÜSEYN