“Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq...” - Politoloq
“Rusiya və Ukrayna danışıqlar masasına oturur. Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında konfedensial aparılan danışıqların nəticəsidir ki, V.Putin Vladivostokda inkar etdiyi Ukrayna Dövləti ilə ikitərəfli danışıqlar aparmaq və razılığa gəlməyi qeyd etdi. Avqust ayında Ukrayna rəsmiləri bir neçə dəfə Moskvada olublar və tərəflər arasında aparılan danışıqlarda ABŞ-nin yenidən vasitəçiliyi ilə üçtərəfli formatda atəşkəs və sülh razılaşması müstəvidində danışıqlara rəsmi başlamaq barədə razılığa gəliblər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Ukraynanın Rusiyaya zərbələri Rusiyanı danışıqlar masasına oturmağa məcbur etdi:
“Ukrayna kifayət qədər Rusiyanın enerji və strateji əhəmiyyətli neft bazalarına zərbələr endirdi. Rusiya iqtisadiyyatı tənəzzülə gedir. Rusiya prezidenti hazırkı baş tutan danışıqları yenidən manipulyasiya edəcəksə, ABŞ Ukraynaya ölümcül və hücum silahları verəcək. Həmçinin Rusiya iqtisadiyyatına ciddi sanksiyalar tətbiq edəcək. Rusiya Donbasın işğal olunmamış ərazilərindən Ukraynanın çıxmasını tələb edir”.
O, bildirib ki, hazırda əsas problem budur:
“Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq. Atəşkəsdə Ukraynada seçki deməkdir. Seçkidə torpaqları Rusiyaya güzəştə getdiyinə görə V.Zelenskinin məğlub olması və həbsə getməsi deməkdir. Ukrayna tərəfi Rusiyanın bu planın Ukrayna üçün mənfi ssenari olduğunu çox yaxşı bilir. Ukrayna ordusunun Donvasdan döyüşsüz çıxması dövlətin zəifləməsi və ordunun parçalanmasına gətirib çıxara bilər. İki tərəf üçün ən optimal variant hazırkı mövqedə durmaqla atəşkəs rejiminə keçməkdir. ABŞ hazırda bunun üzərində işləyir”.
Vasif
Digər Xəbərlər
09 Oktyabr 2026 10:57
"III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
09 Oktyabr 2026 10:31
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqelərini möhkəmləndirir"
09 Oktyabr 2026 10:30
Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
09 Oktyabr 2026 10:30
"Laçındakı tədbirlər bu diyarın tarixi ilə yaxından tanış olmağa imkan yaradıb" - Prezident
09 Oktyabr 2026 10:25
"Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır" - Paşinyan
09 Oktyabr 2026 10:18


Bakı -°C

