Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, yağıntı axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
Digər Xəbərlər

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO + YENİLƏNİB

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirilib

Taksi qiymətləri artacaq? - Rəsmi cavab - VİDEO

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Prezidentdən Ramiz Mehdiyevlə bağlı FƏRMAN

Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin ofisinin açılışında
