Sabah hava necə olacaq? - PROQNOZ

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, az çiskin. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
Digər Xəbərlər

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr yarandı

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
