"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Adalet.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.
İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.
Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.
Digər Xəbərlər
13 Oktyabr 2026 23:36
Qurban Qurbanov "Sabah"ın tarixi matçını stadiondan izlədi - VİDEO
13 Oktyabr 2026 16:26
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
13 Oktyabr 2026 09:11
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
12 Oktyabr 2026 23:43
Ronaldo Messi ilə rəqabətindən danışdı
12 Oktyabr 2026 17:18
"Qarabağ"ın mətbuat katibi işdən çıxdı
12 Oktyabr 2026 12:08
Qəbələ–Xankəndi III Beynəlxalq ultramarafonu başa çatıb
11 Oktyabr 2026 16:36
Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub
10 Oktyabr 2026 10:55


Bakı -°C

