Şagirdlərin yerdəyişməsi bu tarixdə dayandırılacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
MÜTDA-dan Adalet.az-a verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Bu günə qədər:
9000-dən çox müraciət portala daxil edilib.
4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Digər Xəbərlər

Səsyazısı yayılan məktəb direktoru İŞDƏN ÇIXARILDI

Rektorların fəaliyyəti ilə bağlı əsasnamə TƏSDİQLƏNDİ

8 Martla bağlı məktəblərə tapşırıq verildi - Pul yığımı yolverilməzdir
