Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları KEÇİRİLDİ

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə təşkil edilib.
Adalet.az xəbər verir ki, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli , Ağdərə rayon Talış kənd , Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Digər Xəbərlər

Səsyazısı yayılan məktəb direktoru İŞDƏN ÇIXARILDI

Şagirdlərin yerdəyişməsi bu tarixdə dayandırılacaq

Rektorların fəaliyyəti ilə bağlı əsasnamə TƏSDİQLƏNDİ
