Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək qiymətləndiriblər.
Söhbət zamanı Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38
“İrana təkbaşına yeni hücum İsrailin fəlakəti olar”
08 Sentyabr 2026 10:21
“Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz”
07 Sentyabr 2026 14:00
Əziz Səncər“Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
07 Sentyabr 2026 13:16
Putin İlham Əliyevə zəng etdi
07 Sentyabr 2026 11:48


Bakı -°C

