Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir
Azərbaycanda sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir.
Bu qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.
Digər Xəbərlər
26 Fevral 2026 09:52
Azərbaycan nefti ucuzlaşdı
25 Fevral 2026 17:46
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı göndərilir
25 Fevral 2026 16:39
Bu il minimum əməkhaqqı artırılacaq?
25 Fevral 2026 15:27
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
25 Fevral 2026 14:06
Sabah bütün sosial müavinətlər ödəniləcək
24 Fevral 2026 17:15
"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi
24 Fevral 2026 16:52
Geyim istehsalı 4%-ə yaxın artdı
24 Fevral 2026 16:35


Bakı -°C

