Sahil Babayev: Azərbaycan işçi qüvvəsini yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır
Azərbaycan işçi qüvvəsini "yaşıl iqtisadiyyat"a keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır.
Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "yaşıl texnologiyalar"ın sürətli inkişafı tələb olunan bacarıqların da daim inkişaf etməsini şərtləndirir və ölkənin mövcud təhsil, peşə təhsili sistemlərinin bu dəyişikliklərə uyğunlaşması əsas istiqamətlərdən biridir:
"Yaşıl iqtisadiyyat"a keçidi hədəfləyən digər ölkələr kimi, Azərbaycan da öz işçi qüvvəsini "yaşıl iqtisadiyyat"a keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır. Həmin keçid prosesi mühəndislik, ətraf mühit, rəqəmsal texnologiyalar və digər sahələrdə texniki təcrübəyə malik işçi qüvvəsini tələb edir".
S.Babayev son zamanlar intensiv peşə hazırlığına və ixtisasartırmaya qlobal tələbatın artması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu istiqamətə üstünlük verdiyini, nazirliyin 5 regional peşə-tədris mərkəzinin fəaliyyət göstərdiyini, daha bir neçə belə mərkəzin də tikilməkdə olduğunu söyləyib.
Nazir vurğulayıb ki, bu mərkəzlər işsiz və işaxtaran şəxslərə alternativ enerji qurğuları və avadanlıqlarının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması və külək turbin sistemlərinin quraşdırılması kimi "yaşıl bacarıqlar" üzrə təlimlər də təklif edir.
S.Babayev Qarabağ və Şərqi Zəngəzurda yaşıl iş yerləri üçün ixtisaslı kadr hazırlanması işlərinin miqyasının da getdikcə xeyli genişləndiyini, bu sahələrdə təlim proqramlarının yaşıl iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, işsiz və işaxtaran şəxslər üçün yeni məşğulluq imkanları yaratdığını qeyd edib.
Nicat
Digər Xəbərlər
08 Dekabr 2025 17:27
"Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb" - Nazir müavini
08 Dekabr 2025 17:10
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
08 Dekabr 2025 16:47
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
08 Dekabr 2025 16:15
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
08 Dekabr 2025 15:17
Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb
08 Dekabr 2025 15:11
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçdi
08 Dekabr 2025 13:01
"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
08 Dekabr 2025 11:56


Bakı -°C

