25 Iyul 2025 16:35
107
MƏMLƏKƏT

Sahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində inzibati tədbirlər görülüb

Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb.