ŞAHMAR ƏKBƏRZADƏ: YİYƏSİNİ YIXAN ATLAR
Toyuq-cücə kişləyirlər,
Ayğır kimi kişnəyirlər.
Baş ilxıçı işlədirlər
Yiyəsini yıxan atlar!
Ölmüş atdan nal sökürlər,
Ev yıxıb tövlə tikirlər.
Qaş düzəldib göz tökürlər,
Yiyəsini yıxan atlar!
Qara kişmişdən doymurlar,
Tər yoncanı ot saymırlar.
Qıratı heç at saymırlar,
Yiyəsini yıxan atlar!
Gah sağa, gah sola çapır,
Göydən alır, göydə çarpır.
Yiyəsini minib çapır,
Yiyəsini yıxan atlar!
Şərləməyi xoşlayırlar,
Fağırları xışlayırlar.
Ayğır kimi kişnəyirlər,
Yiyəsini yıxan atlar!
Köhlənlər kralı olub,
İgidlik misalı olub
Sədaqət timsalı olub
Yiyəsini yıxan atlar.
19 fevral 2000-ci il
Digər Xəbərlər
17 Yanvar 2026 12:04
“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15


Bakı -°C

