Şahramanyanın xidməti avtomobili müsadirə edildi - YENİLƏNİB
Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.
Adalet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər.
İstintaq Komitəsinin nümayəndəsi avtomobilin cinayət işi çərçivəsində müsadirə edildiyini vurğulayıb.
***
15:41
Xüsusi təyinatlılar Ermənistandakı qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.
Adalet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.
Ehtimal edilir ki, onlar "nümayəndəliyin" ərazisindəki xidməti avtomobili müsadirə etməyə gəliblər.
Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.
"Hraparak" nəşrinin xəbərinə görə isə Samval Şahramanyan dindirilməyə dəvət olunub.
Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.APA
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

