Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub

İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.
Adalet.az xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin II turunda İtaliya təmsilçisi "Boloniya" ilə matçda reallaşdırıb.
Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.
Qeyd edək ki, "Liverpul" - "Boloniya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
