Salyanda FHN əməkdaşlarını maşın vurub, biri ölüb - YENİLƏNİB
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
09:34
Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
Adalet.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)
Digər Xəbərlər
20 Fevral 2026 12:46
Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edildi
20 Fevral 2026 12:10
Bakıda qadın doğuşdan sonra öldü
20 Fevral 2026 11:49
Şəhid Mehriban Qarayeva Sumqayıtda dəfn edildi
19 Fevral 2026 23:59


Bakı -°C

