10 Oktyabr 2024 16:27
1902
MARAQLI

Saxarada daşqın, sel: Bəndənin bəd əməlləri, yoxsa,  Allahın qəzəbi? -FOTOLAR

Böyük Səhra və ya Saxara Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik ərazisidir. Sahəsi 9,4 milyon kv.km-dir. Başqa sözlə desək, təxminən Çin və ABŞ-ın ərazisinə bərabərdir. Səhra qərbdən Atlantik okeanı, şimaldan Aralıq dənizi və Atlas dağları, şərqdən Qırmızı dəniz, cənubdan isə Sudan və Niger çayının vadisi ilə sərhədlənir. Böyük Səhra əvvəllər rütubətli məkan idi. Canlı aləm üçün kifayət qədər əlverişli şəraiti var idi, lakin 4000 il əvvəldən etibarən burada quraqlıq başlayıb.

Səbəbi isə Yer oxunun orbit müstəvisinə olan meyllilik bucağının dəyişməsi idi. Bu da öz növbəsində iqlim dəyişikliyinə səbəb olub. Bomboz qumdan ibarət bir çöllük...
2016-cı ildə Afrikanın Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağdı. Daha sonra 2018-ci ildə qar bir də bu ərazidə özünü yüngülcə göstərdi. Amma ilk dəfə Saxaraya qar 1979-cu il fevralın 18-də, yenə Ayn-Sefraya yağmışdı. .

Adalet.az xəbər verir ki, səhra onilliklər ərzində ilk dəfə qismən su altında qalıb və bu, Mərakeş və Əlcəzairdə ölümlə nəticələnib. Bu barədə oktyabrın 8-də The Independent nəşri məlumat yayıb.
“Qum təpələri və vahələrdən axan su Mərakeş və Əlcəzairdə 20-dən çox insanın ölümünə səbəb olub”, - nəşr yazıb.

 Qeyd edək ki, elmi –lədun bilicisi, həkim Paşa Yaqub Adalet.az-a açıqlamasında bildirib ki, son 25 ildə Yerdə baş verən bütün təbii fəlakətləri və böyük qəzaları, daşqınları araşdırmaqla məşğulam. Tədqiqatlarım onu sübut edir ki, baş verən bu cür fəlakətlər bir qayda olaraq riyazi yolla astronomik hadisələrə və Qurana bağlanır.

Bununla Yaradan bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan QURANA yönəldir. Çünki əsrimiz kainatın sonuncu əsridir və nəhayət sonda insanlar kamillik dövrünü yaşayıb, sonra dünyanı dəyişməlidirlər. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün dünyanı bürüyən daşqınlardan Yer əhalisinin 71 faizi ziyan çəkəcəkdir. Sağ qalan 29 faiz isə, kamillik dövrünə daxil olub, gözəl bir dövr yaşayacaqdır. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”.

 P.Yaqub onu da qeyd etdi ki, pozğunluğun, oğurluğun, zinalığın, tamahın, haramın artması Quranı nazil edən böyük Allaha qarşı olmaq deməkdir. Hələ müəyyən səlahiyəti olan dövlət başçılarının, siyasətçilərin qəsdən yaratdığı müharibələr, vuruşmalar, didişmələr, terrorlar, qətllər, qarətlər, hətta bayram mərasimlərində də özlərini idarə etməni itirib, şənliyi, sevinci matəmə çevirmək adət halını alıb. Bu da Allahı qəzəbləndirən amillərdir.

Öz çirkin iddiaları üzərinə dinc əhalini qırğına verən fironların necə cəzalandığını da bilməmiş deyilsiniz. Qalır bu xəbərdarlıqları anlayıb tövbə etmək. “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (“Tövbə” (9) surəsinin ilk üç ayəsi ) Bəli, Tövbə qapısı açıqdır.

 Əntiqə Rəşid