Saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
Milli Məclis Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib.
Adalet.az xəbər verir ki, “Media haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin bu gün keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib.
Dəyişikliyə əsasən media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.
Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən
14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin (MEDİA) informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcək.
Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir.
Qanuna təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır.
Vurğulanıb ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA-ya dəfələrlə müraciətlər edib və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüblər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.
Layihə səsverməyə qoyularaq I oxunuşda qəbul olunub.
Nicat
Digər Xəbərlər
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
01 Mart 2026 11:25


Bakı -°C

